image-1backend

Türkiyənin nəqliyyat naziri: “”Zəngəzur dəhlizi”ni reallığa çevirəcəyik”

image-reklam_sirab_01

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu TV100 kanalına müsahibəsində “Zəngəzur dəhlizi” məsələsini bir daha dilə gətirib.
Aparıcının 224 km-lik Zəngəzur marşrutunu birləşdirəcək Qars-İğdır-Dilucu dəmir yolu layihəsinin nə vaxt başlayacağı ilə bağlı sualına Uraloğlu belə cavab verib:
“İcazə verin Bakıdan başlayım. 2017-ci ildə işə başlayan Bakı-Tbilisi-Qars marşrutu var. Başqa bir xətt Bakıdan başlayıb Ermənistan və ya İrana çatır və Qarsadək davam edəcək.
Bu barədə sonra danışacağıq. Bu marşrutun bəzi hissələrində işlər yekunlaşıb və hazırda Horadiz hissəsində Ermənistan sərhədinə qədər yol tikintisi işləri davam etdirilir.
Digər tərəfdən, Türkiyə tərəfində 224 km-lik hissə üçün tender keçirilib və hava şəraitinə uyğun olaraq işlərə yazda başlanacaq. Bu marşrutun təxminən 178-180 km-i Naxçıvandadır, onun bir hissəsinin bərpasına, kiçik bir hissəsinin isə yenidən qurulmasına ehtiyac var və Azərbaycan bu hissədə işləyir”.
Türkiyənin nəqliyyat naziri daha bu marşrutun Ermənistan ərazisindən keçən hissəsi ilə bağlı deyib: “Azərbaycan indi (Ermənistan ərazisindən keçən və) “Zəngəzur dəhlizi” adlandırdığımız 43 km-lik hissədən narahatdır və İrandan 61 km-lik keçidlə bağlı danışıqlar aparılır.
Bütün bunları aydınlaşdırdıqdan sonra yolumuza davam edəcəyik. Düşünürəm ki, təxminən 4 ildən sonra biz bütün bu dəhlizi reallığa çevirəcəyik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image