image-644f5b25aea96backend

“Türkiyənin terrorla mübarizəsi Avropanın təhlükəsizliyinə də xeyirdir”- Ərdoğan

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, bunu xaricdə yayımlanan bir sıra televiziya kanallarının ortaq yayımında jurnalistlərin suallarını cavablandıran və açıqlamalar verən R.T.Ərdoğan deyib…

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Kəşfiyyat Təşkilatı – MİT-in Suriyada DEAŞ-in sözdə başçısı “Əbu Hüseyn əl-Qureşi” kod adlı terrorçunu zərərsizləşdirdiyini açıqlayıb.

Xaricdə yayımlanan bir sıra televiziya kanallarının ortaq yayımında jurnalistlərin suallarını cavablandıran və açıqlamalar verən R.T.Ərdoğan deyib: “Türkiyənin sərhəd daxilində və xaricində təhlükəsizliyi üçün apardığı terrorla mübarizə terror təşkilatlarını qorxudur. Terrorçular artıq başlarını qaldıra bilməyəcək, təşkilatının nəfəs almasına imkan verməyəcəyik.

Türkiyənin terrorla mübarizəsi Avropanın təhlükəsizliyinə də xeyirdir.

NATO-nun terror təşkilatları DEAŞ, PKK/YPG və FETÖ ilə ən səmərəli və təsirli şəkildə mübarizə aparan yeganə ölkəsi Türkiyədir.

Son illər İraq və Suriyada fəaliyyət göstərən PKK-nın müxtəlif səviyyəli bir sıra sözdə başçıları MİT tərəfindən zərərsizləşdirilib, FETÖ-nün da bəzi xarici üzvləri Türkiyəyə gətirilib.

MİT aprelin 29-da Suriyada keçirdiyi əməliyyatla DEAŞ-ın sözdə başçısı “Əbu Hüseyn əl-Qureşi” kod adlı terrorçunu zərərsizləşdirdib.

Yenə də ayrı-seçkilik qoymadan terror təşkilatları ilə mübarizəmizi davam etdirəcəyik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki