image-27e41azqbackend

Tvitter burada qadağan olunur

image-reklam_sirab_01

“Twitter” sosial şəbəkəsi Avropa İttifaqının (Aİ) kontentin moderasiyası qaydalarına əməl etməyəcəyi təqdirdə onun fəaliyyətinə qadağa qoyula bilər.

Bunu daxili bazar məsələləri üzrə avrokomissar Tyerri Breton deyib.

Onun sözlərinə görə, sosial şəbəkə qaydalara əməl etməsə, cərimələnəcək: “Yox əgər bu proses davam etsə platformanı Avropada söndürə bilərik. Heç kəsin bunda şübhəsi olmamalıdır. Lazım gəlsə, biz bunu edəcəyik”.

Avrokomissar “Twitter”in sahibi İlon Maskla görüş zamanı dezinformasiyanın aqresiv yürüdülməsindən imtinanın və gələn il platformanın irimiqyaslı müstəqil auditdən keçməsinin zəruriliyini onun diqqətinə çatdırıb. Sosial şəbəkə bunları etməsə, Aİ-nin rəqəmsal xidmətlər sferasındakı qanunvericiliyini pozmaq riski ilə üzləşə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image