Qazaxıstan, Özbəkistan və Azərbaycanla birlikdə Xəzər dənizi üzərindən “yaşıl” enerji ötürücü xəttinin tikintisi üzrə, Avropa bazarlarına çıxışa imkan verən, genişmiqyaslı layihə üzərində işə başlayır.
Vətəninfo.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Səmərqənddə keçirilən Mərkəzi Asiya-Avropa İttifaqı sammitində çıxışı zamanı deyib.