image-ukrayna-esger-696x464backend

Ukrayna hərbi planlarını dəyişməli oldu – Sənəd sızmasına görə

image-reklam_sirab_01

Ukrayna Pentaqonun ölkə ilə bağlı məxfi sənədlərinin internetə sızmasından sonra bəzi hərbi planlarını dəyişib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskiyə yaxın mənbəyə istinadən “CNN” yayıb.

Bununla belə, telekanal Ukraynanın məhz hansı planlarını dəyişməsini açıqlamayıb.

Xatırladaq ki, ötən həftə ABŞ-nin Ukrayna ilə bağlı məxfi sənədlərinin yeni partiyası internetə sızıb. İlk olaraq, Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı materiallar yayımlanıb. Daha sonradan Çin və Yaxın Şərqlə bağlı məlumatlar da sosial şəbəkələrə sızdırılıb. ABŞ Ədliyyə Nazirliyi məsələ ilə bağlı araşdırma başladıb. Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak isə sızan məlumatları fotoşop adlandırıb.

“Reuters”in məlumatına görə, anonimlik şərti ilə iki ABŞ rəsmisi Ukrayna Silahlı Qüvvələrinin (USQ) vəziyyəti ilə bağlı sosial şəbəkələrdə dərc olunan gizli sənədlərin saxta ola biləcəyini etiraf edib.

Bildirilib ki, sənədlər müstəntiqləri çaşdırmaq və ya ABŞ-nin maraqlarına zərər vermək üçün saxtalaşdırıla bilər. Eyni zamanda, sənədlərin doğruluğunun müstəqil yoxlanılmasının hələ də aparılmadığı vurğulanıb.

“Reuters” mənbələri hesab ediblər ki, sənədlərdə əks olunan mövzuların dərinliyi sızmanın bir amerikalıdan gəldiyini göstərir. Hazırda ABŞ rəsmilərindən birinin sözlərinə görə, müstəntiqlər məlumatın sızmasının səbəblərini incələyirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki