image-1backend

Ukrayna Qərbdən cavab gözləyir: Türkiyə açıqladı

image-reklam_sirab_01

Ukrayna hakimiyyəti Rusiya ilə danışıqlara yalnız Qərb dövlətlərinin icazəsi ilə razılaşacaq. Vətəninfo.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında türkiyəli politoloq, Türkiyənin Moskvadakı keçmiş ticarət nümayəndəsi Aydın Sezər deyib.

“Qərb buna mane olduqca və ya Kiyevə imkan vermədikcə, Ukraynanın danışıqlar masasına oturacağına inanmıram.

O qeyd edib ki, ilk növbədə ABŞ seçkilərinin nəticələrini gözləmək lazımdır. Onun sözlərinə görə, danışıqların İstanbulda aparılması variantı hazırda mümkün deyil.

Dünən türkiyəli politoloq və analitik Engin Özər Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı danışıqlara hazır olması ilə bağlı Qərbə açıq siqnal göndərdiyini açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki