image-1backend

Ürəyin mini beyni varmış

image-reklam_sirab_01

Ürəyin yalnız beyin tərəfindən idarə olunduğu fikri alimlər tərəfindən edilən təəccüblü kəşflə dəyişir.

Vətəninfo.az xəbər verir ki, İsveçin Karolinska İnstitutu və ABŞ-ın Kolumbiya Universitetinin elmi tədqiqatçıları ürəyin öz sinir sisteminə malik olduğunu aşkar ediblər.

“Mini beyin” adlanan müstəqil sinir sistemi ürəyin ritmini tənzimləyir.

Uzun illər ürəyin beyinlə əlaqəli avtonom sinir sistemi vasitəsilə idarə olunduğu düşünülürdü. Ancaq araşdırmalar göstərib ki, ürək divarındakı bu sinir şəbəkəsi düşünüldüyündən çox daha mürəkkəb bir quruluşa malikdir və ritm tənzimlənməsində müstəqil rol oynayır.

“Beyin nəfəsalma və ya hərəkət kimi ritmik funksiyaları tənzimlədiyi kimi, bu mini beyin də ürək döyüntüsünü idarə etməkdə mühüm rol oynayır” deyib Karolinska İnstitutunun dosenti Konstantinos Ampatzis.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image