image-11backend

Uzun boyu olmayan insanlar uzunömürlü olur

image-reklam_sirab_01

Consumer News and Business Channel xəbər verir ki, elm adamları qısa boylu insanların hündürboylardan daha uzun yaşadığını müəyyən ediblər.

Bioloqların və demoqrafların araşdırmaları bunu sübuta yetirən fakt kimi göstərir. Bu nümunə müxtəlif ölkələrdən olan mütəxəssislər tərəfindən aparılan bir sıra tədqiqatlarda müşahidə edilmişdir.

Alimlər müxtəlif idman növləri ilə məşğul olan finlandiyalı idmançıların bioloji məlumatları və antropoloji xüsusiyyətlərini öyrəniblər. 2,5 min idmançı haqqında məlumat ümumiləşdirilib. Məlum olub ki, hündürboy basketbolçular xizəkçilərdən orta hesabla yeddi il az yaşayırlar.

İtaliya ordusu ilə bağlı məlumatlar da var. Hündürlüyü 160 santimetrdən aşağı olan əsgərlər daha uzun boylu həmkarlarından iki il daha çox yaşayırdılar.

Niyə belə olduğuna gəlincə, hələlik bu məsələdə dəqiqlik yoxdur. Ancaq fenomeni izah edə biləcək diqqətə layiq bir fərziyyə var. Burada diqqət çəkən məqam orqanizmin “böyüməsi”ndəki fərqlərdir. Belə bir fikir var ki, hər yeddi ildən bir bədənimiz yenilənmiş hüceyrələrlə “təftişdən” keçir.

Bir sıra ekspertlər hesab edir ki, uzun boylu insanlar bu reaksiyalara daha çox enerji sərf etməlidirlər. Bu arada, qısa boylu insanlar daha uzun ömür üçün güclərinin bir hissəsini saxlayırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image