image-bez-nazvaniya-1backend

“Vardanyan müstəqil fiqur deyil” – Elxan Şahinoğlu

image-reklam_sirab_01

“Ruben Vardanyanı ötən ilin sentyabr ayında Qarabağa göndərən Moskva onun geri qaytarılıb-qaytarılmamasına da qərar verəcək.” –Vətəninfo.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.

Politoloq bildirib ki, Vardanyan müstəqil fiqur deyil, Rusiya xüsusi xidmət strukturları onun Rusiyadakı maliyyə vəsaitlərinə və daşınmaz əmlakına nəzarət edirlər.

“Onu Rusiya vətəndaşlığından məhrum etdikləri kimi, lazım bildikləri halda vətəndaşlığa bərpa edə də bilərlər. Ruben Vardanyanın hazırda Moskvada olduğu bildirilir, məsləhətləşirlər. Əgər Vardanyanı yenidən Laçın yolu ilə Rusiya hərbi kontingentinin nəqliyyat vasitələrində gizli şəkildə Xankəndinə göndərsələr, demək Moskva bu separatçını hələ Azərbaycan ərazisində istifadə etmək istəyir.” -deyə Elxan Şahinoğlu əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki