image-qaqik-melkonyanbackend

“Vardanyan sabah istefaya gedəcək” – Erməni deputat

image-reklam_sirab_01

Qarabağın separatçı “hökumətinin” “dövlət naziri” Ruben Vardanyan fevralın 23-ə qədər “istefa” verməlidir.

Bunu Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının üzvü Qaqik Melkonyan deyib.

“İndi mən dedim ki, məndə məlumat var. Amma təbii ki, onu haradan və necə əldə etdiyimi izah etməyəcəyəm”, – Melkonyan bildirib.

O, Vardanyanın gedişini düzgün hesab etdiyini gizlətməyib. Melkonyanın sözlərinə görə, Ruben Vardanyan Rusiyadan gələn sifarişlə hərəkət edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki