image-c6bf618a-048e-4259-a52b-11935f6efcd2backend

VARTAN “MARSELYOZA” QIRILDADIR – Bakıya üç tərəfdən təzyiq göstərməyə çağırır…

image-reklam_sirab_01

Paşinyan hökumətinin İkinci Qarabağ Müharibəsindən sonrakı «sürüşkənliyini» indi də Rusiyanın Azərbaycana (Qarabağa) «etap etdiyi» milyarder Vartan (Vardanyan) davam etməyə girişib və şübhəsizdir ki, Kremlin təlimatı əsasında. Amma bu təzmişin Nikoldan fərqi ondan ibarətdir ki, Kreml «emisarı» erməni siyasətini «vartan ləhcəsi»ndə «Marselyoza» qırıldatmaqla davam etdirir – meymuna xas olan «təqlidçi səsi» ilə…

Görünür, artıq özünün təzə yerini «isitdiyini» zənn edən Vartan «siyasət dəryasına» baş vurub da Fransa hakimiyyəti qarşısında ikiqat əyilməyə başlayaraq, Qarabağ dağlarında «Marselyoza» oxumağa girişib. Zorən üzərinə qoyulmuş «missiya»nın icrasına başlayan Vartançik daha fərqində deyil ki, oturduğu ərazi Qarabağ dağlarıdır və Yelisey çölü ilə heç bir yaxınlığı yoxdur…

Belə unutqanlıq nümayiş etdirən Vartançik yanvaraın 19-da «Fransa 24» televiziyası ilə söhbətdə bəyan edib: «Azərbaycan anlamalıdır ki, Dağlıq Qarabağda yan-yana yaşamağın yeganə üsulu qonşu olmaqdır, Azərbaycanın bir hissəsi olmaq yox». Vartançikin yekəbaşlığı təkcə bununla bitməyib və o, bu dəfə «danabaşlıq» nümayiş etdirərək, Qarabağ adından danışıb və işarə edib ki, Qarabağın adı “arsax”dır (sarsaq yox ha!)…

İbrətamizdir ki, Paşinyanın ardınca, Vartan da «uşaq şıltaqlığı» ilə Avropa ölkələrini Azərbaycanla ticarət əlaqələrinə görə «tənqid edib». Belə çıxır ki, erməni oğru-Rusiya biznesmeni Vartanın xatirinə dünya ölkələri Azərbaycanla «küsü» saxlamalı və Bakı ilə heç bir ticarət əlaqəsinə girməməli imiş – sən, öləsən, sənin hürməyinin iki qəpiklik qiyməti yoxdur və biləsən ki, yaxın zamanda «eşşək belində» Moskvaya qayıdacaqsan…

Ona sual veriblər ki, Avropa İttifaqı nə edə və o, «Dağlıq Qarabağa» nə ilə kömək edə bilər? Guya Vartan da deyib ki, Avropa Azərbaycan lideri İlham Əliyevə təzyiq göstərə bilər ki, «arsax»a hava dəhlizi yaratsın və «respublikanı» tanısın…

Buradan aydın görünür ki, başın yekə olmağı hələ ağılın çox olmasına dəlalət etmir – Vartanda olduğu kimi! Əvvəla, Vartan var deyə, qışın oğlan çağında soyuqdan donan Avropa insanı yanacaq mənbəyi olan Azərbaycanla düşmən olası deyil. Vartan yox, bütün dünyanın «fahişələri» toplam, buna dəyməz. İkincisi, ay iribaş dığa, Azərbaycanda «arsax» adlı ərazi yoxdur ki, orada hansısa bir respublika da olsun, sən isə sadəcə, «azıb» Xankəndiyə gəlibsən, dünyanın siyasi xəritəsinə bir baxsana…

Üçüncüsü, Vartançik, tezliklə eşşək belində geriyə yola düşəcəksək, sənə nəinki hava dəhlizi, heç quru dəhliz də lazım olmayacaq. Bu ağılla «Marselyoza» oxuyursansa, yekəbaşlıq edirsən, Qarabağ dağlarında «Marselyoza» alınmaz, gedib bunu Marseldə qırıldada bilərsən, amma it dilini Yelisey çölündə də bilən yoxdur – səni anlayan olmayacaq…

Vartançik, sənə kim deyib ki, Azərbaycan səninlə qonşu olmaq istəyir? Bizdə bir atalar məsəli var: «Qonşun pisdir, köç – qurtar…» Odur ki, olub keçənlərdən sonra, Azərbaycan insanı yol verə bilməz ki, müqəddəs Vətən torpağında iki cüt, bir tək erməni meydan sulasın. Bu münaqişənin ən optimal üsulu isə sənin geriyə köç etməyin olar – gəldiyin kimi də dabanına tüpürüb yortasan…

Görünüyü kimi, Vartanın erməni ləhcəsində oxuduğu «Marselyozanı» tərəddüd etmədən «Vartanyoza» adlandırmaq olar, nədən ki, onun bu «nəğməsi» rus dilində «Appasionata» kimi səslənir. İkisi də «inqilar nəğməsi»dir, Makronun da, Putinin də xoşuna gələr.AzPolitika.info


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki