2-ci Fəxri Xiyabanda Vətən Müharibəsinin şəhidi gizir İslamov Elvin Elçin oğlu doğum günü münasibətilə yad edilib. Anım tədbirində ictimaiyyət nümayəndələri, şəhid ailələri, Milli Məclisin deputatı Ülvi Quliyev iştirak ediblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!