image-reklam-veteninfo
image-1backend

Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib

image-reklam-veteninfo
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyası qida analizləri üzrə ISO/IEC 17025:2020 standartı çərçivəsində akkreditasiya sahəsini əhəmiyyətli dərəcədə genişləndirib. Laboratoriya artıq 96 parametr və 115 metod üzrə sınaqlar həyata keçirmək hüququna malikdir.
2026-cı il laboratoriyanın inkişafında mühüm mərhələ ilə yadda qalıb. 2025-ci ildə Azərbaycan Akkreditasiya Mərkəzi (AZAK) tərəfindən ISO/IEC 17025:2020 beynəlxalq standartı üzrə ilk dəfə 9 parametr və 9 metod üzrə akkreditasiyadan keçən laboratoriya cəmi bir il ərzində akkreditasiya sahəsini genişləndirərək bu göstəriciləri 96 parametr və 115 metoda çatdırıb.
Akkreditasiya sahəsinin genişləndirilməsi çərçivəsində laboratoriyanın həm fiziki-kimyəvi, həm də mikrobioloji sınaq imkanları əhəmiyyətli dərəcədə artırılıb. Hazırda burada qida məhsullarının təhlükəsizliyi və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi üzrə geniş çeşiddə analizlər aparılır.
Bu nəticənin əldə olunmasında laboratoriyanın peşəkar əməkdaşlarının əməyi xüsusi əhəmiyyət daşıyıb. Akkreditasiya sahəsinin genişləndirilməsi üçün aparılan mürəkkəb və uzunmüddətli proses çərçivəsində əməkdaşlar metodların validasiya və verifikasiya işlərini, zəruri hesablamaları və digər texniki prosesləri bilavasitə həyata keçirərək yüksək peşəkarlıq nümayiş etdiriblər. Bu yanaşma ilə Veysəloğlu MMC müasir laboratoriya imkanlarını genişləndirməklə yanaşı, ölkəmizdə qida laboratoriyası sahəsi üzrə peşəkar və ixtisaslı mütəxəssislərin yetişdirilməsinə də töhfə verir.
Laboratoriyanın əsas fəaliyyət istiqamətlərindən biri qida məhsullarının istehlakçıya çatdırılmasından əvvəl təhlükəsizlik, keyfiyyət və uyğunluq göstəricilərinin etibarlı laborator sınaqları vasitəsilə qiymətləndirilməsidir. Bu məqsədlə müasir avadanlıqlar, beynəlxalq standartlara əsaslanan sınaq metodları, keyfiyyət idarəetmə prosedurları və peşəkar mütəxəssislərdən ibarət komanda formalaşdırılıb.
Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının inkişafı Veysəloğlu Şirkətlər Qrupunun qida təhlükəsizliyi və keyfiyyətə nəzarətə sistemli yanaşmasının mühüm istiqamətlərindən biridir. Məqsəd yalnız mövcud tələblərə cavab vermək deyil, müasir laboratoriya infrastrukturu və beynəlxalq standartlara əsaslanan sınaq imkanları ilə qida sənayesində etibarlı və dayanıqlı laboratoriya xidmətləri platforması formalaşdırmaqdır.
image-1 image-2 image-3 image-4 image-5 image-6



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki