image-333backend

Vitali Balasanyan niyə istefa verib?

image-reklam_sirab_01
“Dünən axşam Vitali Balasanyanın istefası ilə bağlı konkret söhbət getmədi, lakin kifayət qədər uzun müddət ərzində biz hamımız gördük ki, Vitali Balasanyanın şəxsiyyəti ətrafında bəzi intriqalar var, mən bunu  Ruben Vardanyanla əlaqələndirmirəm. Vitali Balasanyana qarşı olan şəbəkə xeyli əvvəl fəaliyyətə başlayıb”.
Vətəninfo.az xəbər verir ki, bunu Xankəndidə fəaliyyət göstərən “Ardarutyun” “partiyasının” “deputatı” Metaxe Akopyan “Hraparak” a müsahibəsində deyib.
“Müharibədən sonra Vitali Balasanyan Təhlükəsizlik Şurasının katibi təyin olunanda bu hal çoxlarını təəccübləndirdi. Çünki Arayik Arutyunyan Nikol Paşinyandan daha hiyləgərdir. Araik Arutyunyan müharibədən sonra ətrafında yaranmış gərginliyi aradan qaldırmaq üçün Vitali Balasanyanı həmin vəzifəyə təyin edib. Qarabağda  qaranlıq qüvvələr var ki, onlar Ermənistan hakimiyyətindən təlimat alırlar. Araik Arutyunyanın bu qərarı məni təəccübləndirmədi, bizi daha pis günlər gözləyir. O ki qaldı Vitali Balasanyanla Ruben Vardanyan arasında görünən fikir ayrılıqlarına, belə bir şey yoxdur, qaranlıq qüvvələr həm Vitali Balasanyanı, həm də Ruben Vardanyanı bir-birinə qarşı yönəltməyə çalışırlar, lakin bu, alınmayacaq”, – Metaxe Akopyan bildirib.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki