Vətəninfo.az xəbər verir ki,Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Vətən müharibəsi şəhidi Cavidan Ağayevin valideynləri Mirzağa Ağayev və Gülnarə Ağayeva ilə görüş keçirmişdir. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini vurğulayan RİH başçısı Vuqar Zeynalov şəhid ailə üzvlərinin qayğıları ilə maraqlanmışdır.
Şəhidin valideynləri şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.