image-99backend

Vyetnam Rusiya silahlarından imtina edir

image-reklam_sirab_01

Silahlarının 80%-i Sovet və Rusiya istehsalı olan Vyetnam öz arsenalını modernləşdirmək istəyir.

Vətəninfo.az xəbər verir ki, Çex hökumətindəki mənbənin Reuters agentliyinə verdiyi məlumata görə, Hanoy Çexiya ilə hərbi təchizat, o cümlədən təyyarələr, radarlar və atıcı silahlar, eləcə də mövcud hərbi texnikanın təkmilləşdirilməsi ilə bağlı danışıqlar aparır.

Baş nazir Petr Fialanın keçən həftə Vyetnama üç günlük səfəri zamanı təhlükəsizlik əsas mövzulardan biri olub.

2019-cu ildə Vyetnam Çexiya istehsalçısı Aero Vodochody-dən onlarla L-39NG yüngül döyüş təyyarəsi sifariş edib, onların tədarükü bu il başlayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki