Vətəninfo.az “The Wall Street Journal” istinadən xəbər verir ki, Rusiya Suriyada hərbi bazalarının mövcudluğunu davam etdirmək üçün Dəməşqin yeni rəhbərləri ilə razılığa gələ bildiyi halda, İran öz qüvvələrini bu ölkədən çıxarmaq məcburiyyətində qalıb.
Nəşrin yazdığına görə, uzun müddət İranın himayəsində olan Əsəd rejiminə qarşı döyüşən Suriyanın yeni rəhbərləri Tehranı təhdid kimi görürlər.
“Təhrir əş-Şam Əsəd rejimini devirməklə İslam Respublikasının planlarının qarşısını alıb. İranın yaraqlılarını məhv etməklə və Suriyanın qapılarını İranın təsirinə bağlamaqla Təhrir əş-Şam bölgənin maraqlarına xidmət edib”, – deyə, nəşrdə vurğulanıb.