image-2backend

Xankəndidə 300-ə yaxın müdavim peşələrə yiyələnir

image-reklam_sirab_01

Dövlət Məşğulluq Agentliyinin Xankəndidə təşkil etdiyi kurslarda 300-ə yaxın müdavim peşələrə yiyələnir.

Bu barədə Vətəninfo.az-a Agentlikdən bildirilib.

Kurslarda işğaldan azad olunan ərazilərə köçürüləcək, hazırda ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdən 300-ə yaxın müdavimə tikiş avadanlıqlarının operatoru, tikişçi və yükdaşıma mütəxəssisi peşələri üzrə bilik və bacarıqlar öyrədilir. Həmçinin, kurs müddətində müdavimlərə aylıq təqaüd ödənilir.

Nəzəri və praktik hissələrdən ibarət olmaqla iki növbəli təşkil olunan kursları uğurla başa vuran şəxslərin Xankəndi şəhərində istifadəyə veriləcək tikiş fabrikində işlə təmin edilməsi nəzərdə tutulub.

Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev kurslara cəlb olunmuş müdavimlərlə görüşüb. O bu kursların keçirilməsinin doğma yurdlarına qayıdacaq sakinlərin qısa zaman ərzində yeni peşələrə yiyələnməsinə dəstək məqsədi daşıdığını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki