image-425283610_0_160_3035_1867_1920x0_80_0_0_0f1d8eabbf0d5e6a8bbd3ffb2f0ffa04-780x470backend

Xankəndidə daha hansı təxribatlar hazırlanır?

image-reklam_sirab_01

“Bu və ya digər formada təxribatlar gözləniləndir. Çünki Ermənistanın hərbi siyasi rəhbərliyinin qeyri-konstruktiv mövqeyi, sülh müqaviləsindən qaçması, sözdə bir, əməldə başqa olmasını regionda sülhə doğru yox, sülhdən yayınma fəaliyyət kimi dəyərləndirmək olar”.

Vətəninfo.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında üçüncü ordu korpusunun sabiq komandiri, ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı Şair Ramaldanov deyib.

Polkovnik qeyd edib ki, belə olduğu halda, istər Ermənistanın daxilində, istər xaricində müəyyən maraqlı qüvvələrin gərginlik yaratmaq məqsədilə hansısa addımlar atması istisna olunmur:

“Bu addımlar təxribatlarla bağlıdır. Yəni müəyyən bir şəkildə gərginlik yaradaraq başqa oyunçuların cəlb edilməsi, Azərbaycanla Ermənistan arasında olan bu münaqişənin qloballaşdırılması və belə olduğu halda müəyyən təsirlərin həyata keçirilməsi Azərbaycanın maraqlarına zidd ola biləcək amillərdir”.

Hərbi ekspert bildirib ki, Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi tez-tez döyüş bölgələrində olur. Təbii ki, bu da boş yerə deyil. Çünki biz hər an təxribatlar gözləyirik. Bu əməliyyat da məhz qaçaqmalçılığın, silah-sursatın gizli yollarla aparılmasının qarşısını almaq üçün həyata keçirilən bir əməliyyat idi:

“Bütün yollar Azərbaycanın müvafiq qurumlarının nəzarəti altındadır. Havaların isinməsi ilə əlaqədar qar əriyir və yeni torpaq yolları açılır. Bu yollardan birində əməliyyat aparılıb, silah-sursatın daşınması ilə bağlı məlumat təsdiqlənib və nəticədə qarşıdurma baş verib.

Bu, bir daha onu göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi heç də Azərbaycanın daxilində Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə gərginliyi azaltmaq yox, əksinə, çoxaltmaq və burada təxribat yaratmaq istiqamətində işlər aparır.

Bundan əvvəl ermənilərin orada mövqelərini gücləndirdiyini göstərən bəzi məlumatlar və foto materiallar da var idi. Hətta belə bir məlumat yayılmışdı ki, sülhməramlıların postunun yanında ermənilər yeni mövqelər tikirlər və orada müdafiə, istehkam qurğuları qururlar. Təbii ki, bu, boşuna deyildi. Dəfələrlə demişik ki, üçtərəfli bəyanatın dördüncü bəndi yerinə yetirilməyib. Azərbaycanın daxilində qanunsuz silahlı bölmələr həmişə əhalimiz üçün təhlükə mənbəyi olaraq qalır”.

Sabiq komandir vurğulayıb ki, təxribatların arxasında Ermənistanın xarici havadarları durur:

“Hətta ola bilsin ki, başqa bir istiqamətdə Ermənistanın hərbi siyasi rəhbərliyi də burda rol oynayır. Əgər dördüncü bənd yerinə yetirilməsə, belə təxribatlar təkrarlanacaq.

Prezident İlham Əliyev çıxışlarında artıq xəbərdarlıq etmişdi ki, istər Ermənistan hərbi siyasi rəhbərliyi, istərsə də onların havadarları Azərbaycana hansısa təhlükə yarada biləcək şəkildə fəaliyyət aparacaqsa, dərhal da adekvat addım atılacaq”.

“Düşünürəm ki, bu da Azərbaycanın maraqlarına zidd və təhlükə yaradan bir vəziyyətdir ki, qaçaqmalçılıq yolu ilə Qarabağa silah-sursat daşınır. Bu hadisə ağıla bəzi suallar gətirir. Necə ola bilər ki, Ermənistandan Rusiyanın sülhməramlı qüvvələrinin cavabdehliyi altında olan ərazilərə silah daşınır, amma onlar heç bir tədbir görmür?

O ki qaldı Azərbaycan ərazisində olan qanunsuz silahlı bölmələrə, onların hamısı Ermənistanın Müdafiə Nazirliyindən idarə olunur, oradan silahlanırlar. Bu silahlar da həmin anbardan gətirilir. Ermənistan məğlub olsa da, Azərbaycanın daxilində ermənilər yaşayan ərazidə separatçı rejimi tam şəkildə dəstəkləyir, onları gücləndirməkdə davam edir ki, bu da gələcəkdə hər hansı bir təxribata doğru aparan bir yoldur.

İlham Əliyev bildirmişdi ki, 2023-cü il həlledici il olacaq. Bu məsələlərlə bağlı onlara vaxt veriləcək. Bu zaman çərçivəsində istər Ermənistanın hərbi siyasi rəhbərliyi, istər Rusiya sülhməramlı qüvvələri əgər dördüncü bəndi yerinə yetirməsələr, o zaman Azərbaycanın antiterror əməliyyatı aparmaq üçün əsası var. Əsas da üçtərəfli bəyannamədir. Üçtərəfli bəyannamədə Azərbaycan ərazisindən erməni silahlılarının çıxarılması ilə bağlı konkret bənd var – dördüncü bənd”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki