image-888backend

Xankəndində çaxnaşma:Arayik Harutyunyan son anı gözləyir

image-reklam_sirab_01

Azərbaycan Laçın dəhlizi üzərində Sərhəd Nəzarət Məntəqəsi qurduqdan  sonra Qarabağdakı separatçılar qorxuya düşüblər. Vətəninfo.az  xəbər verir ki, dünən Xankəndinin mərkəzində etiraz aksiyası keçirilməsinə dair məlumatlar da yayılıb.

Həmin məlumatlara görə, bir qrup şəxs Xankəndidə baş separatçı Arayik Harutyunyanın ofisinin önünə gələrək, ondan baş verənlərlə bağlı izahat istəyiblər. Harutyunyan isə onlara bildirib ki, onlar da gözləmədədirlər. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın prezidenti Vladimir Putinlə telefonla danışmağa çalışır. Dünən gecəyə qədər isə bu danışıq baş tutmayıb.

“Jamanak” qəzeti yazır ki, Arayik Harutyunyan bölgədəki rus hərbi kontingentinin rəhbərliyi ilə danışıq aparıb. Lakin oradan baş separatçıya bildiriblər ki, vəziyyətlə bağlı Moskvaya məlumat veriblər və cavab gözləyirlər. “Bundan əlavə, Harutyunyan qeyd edib ki, Paşinyanla Putin arasında telefon danışığı gözlənilir. Bundan sonra Paşinyan ona Moskvanın rəsmi mövqeyini çatdıracaq”.

Qarabağdakı Arayik əleyhidarları isə bildirirlər ki, Nikol Paşinyan artıq İlham Əliyevlə razılığa gəlib. Bunu isə Ermənistanın baş nazirinin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması ilə bağlı ötən həftə parlamentdə verdiyi bəyanatla əsaslandırırlar. Onların sözlərinə görə, hazırda ikinci mərhələ başlayıb. “Həmin mərhələ isə Qarabağı Azərbaycanın tərklib hissəsi kimi tanınmasına dair rəsmi sənədin yayılmasından ibarət olacaq. Bununla da Qarabağ məsələsi bağlanacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki