Azərbaycanın ən böyük qəsəbələrindən biri olan Binə qəsəbəsi bu gün əsl tikinti meydançasını xatırladır. Xəzər rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə olan Binə qəsəbəsi Xəzər rayonunun əhalisinin sayına görə ən böyük qəsəbəsidir. Bu gün bu qəsəbə işbazların qanunsuz torpaq biznesinin mərkəzinə çevrilib desək yanılmarıq. Qanuni sənədi olan qəsəbə sakinləri öz evlərini inşa edərkən min cür bürokratik əngəllərlə qarşılaşırlar. Amma bu qəsəbədə kimin pulu varsa, harada istəsə pulunu verib tikinti apara bilər.
Əyani sübut kimi isə bu gün qəsəbənin tam mərkəzində, bu qəsəbənin əsas küçəsi olan Əli İsazadə küçəsində bu dəbdəbəli ticarət mərkəzi inşa edilməzdi.
Yəqin ki, bu tikintidən Xəzər rayonu icra hakimiyyətinin başçısı Elşən Salahov xəbərsiz deyil. Xəbərsiz olsaydı çoxdan bu tikinti dayandırılmışdı.
Görünən isə odur ki, imkansızın bir daşı-daş üstünə qoya bilmədiyi, qazilərin linc edildiyi bu rayonda qərarı yalnız İcra başçısı özü verir. Əks halda düz yol kənarında tikinti normalarının pozulduğu bu ticarət mərkəzi tikilməzdi.
Mövzuya qayıdacayıq.