image-fb_img_1739839684687backend

XIII əsr İtalyan dənizçinin Bakı haqqında qeydləri

image-reklam_sirab_01

Luçino Tariqo 14-cü əsrin ikinci yarısında Genuyada anadan olmuş italyan dənizçidir. Onun səyahəti haqqında İtaliyada maraqlı bir kitab da nəşr edilib.

Alessandro Augusto Monti. L’avventura di Luchino Tarigo. Milano, 1928.

Kitabda diqqətimizi çəkən bir hissəni sizlərə təqdim edirəm..

“1374-cü ildə Genuya koloniyası olan Kafadan kiçik bir qalereya ilə ayrılaraq Azov dənizini keçdi, sonra Don çayına çıxdı. İlk çay arasında olaraq keçiddən keçərək Bakı dənizinə çatdı və burada çoxlu dəniz quldurlarına və ticarət gəmilərinə rast gəldi” (Edil per milliaria sexaginta, et ibi de flumen ad flumen per terram portaverunt dictam fustam, et per dictum flumen Edil intraverunt in mare de Bacu, in quo mari multa navigia acceperunt, et cum locupletes facti essent dimissa fusta per terram rediebant secum portanles multa ex iis quoe acceperant, sed per iter capti fuerunt, et depredati; tamen multa jocalia eis restaverunt cum quibus sospites redierunt)

Sözügedən sənəddə adı çəkilən “Bakı dənizi” (mare de Bacu) təbii ki, Xəzər dənizidir. Portuqaliyalı rahib Fra Mauro tərəfindən tərtib edilmiş 1459-cu il tarixli məşhur dünya xəritəsində Xəzər dənizi (Çaspio) həm də “Mar de Baçu” (Bakı dənizi) kimi göstərilmişdir. Florensiyalı L. di Stagio Datinin (1365-1424) “La Sfera” poemasında Xəzər dənizi Bakı dənizi (Mare del Baccú) da adlanır. Orada dənizin Bakı şəhərinin adını daşıdığı bildirilir. Aydındır ki, bu məlumatlar Bakı şəhərinin indiki dövrdə artan rolunu əks etdirir. 15-ci əsrin sonlarında Venesiya səyyahı. Donato da Lese Bakının böyük əhəmiyyətini qeyd edir (“Dəniz onun əsərində də Bakı adlanır. Burada ədviyyatlar gəmilərə yüklənir və Volqa çayı sahilindəki tatar şəhəri Həştərxana aparılır”).

Kartoqraf A. Orteliusun “Theatrum Orbis Terrarum” (1570) dünya atlasında Xəzər dənizi “Bakı” (Mar de Baxu) da adlanır.
Qeyd edim ki, Bakı haqqında ilk dəfə eramızdan 3500 il əvvəl birinci Misir Faraonu Menesanın dövründə “Ölülər Kitabında” qeyd edilmişdir.

Bakı toponiminin qədimliyi haqqında məlumatlardan birinə, ingilis arxeoloq Viliam Flinders Pitrinin kitabında rast gəlmək olar.
Buzans tarixçisi Paniyli Priskdir, V əsrin əvvəllərində Qafqaz Albaniyasının şəhərini təsvir edərkən, o, “Sualtı qayadan qalxan od şəhərindən” yazır.

Bu cürə mənbələr kifayət qədər çoxdur və bu bir daha sübut edir ki, Bakı özündə çox möcüzələr daşıyır və bura ən qədim şəhərlərdən biridir

Zaur Əliyev, dosent


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image