image-1-8-1backend

Xocavənddə nə baş verir?- Ermənilər əlbəyaxa oldular

image-reklam_sirab_01

Şuşa-Xankəndi yolu üzərində 3 həftədən çoxdur davam edən aksiya Qarabağda yaşayan ermənilər arasından ciddi fikir ayrılığı yaradıb. Aksiya nəticəsində Xankəndi və ətraf şəhər və kəndlərə ərzağın, yanacağın və dərmanın vaxtında çatdırılmaması orada yaşayan ermənilərin, xüsusən də kasıb ermənilərin vəziyyətini daha da ağırlaşdırıb.

Qeyd edək ki, separatçılar hər vəchlə durumu düzəldəcəkləri barədə vədlər verirlər. Dünən onlardan bir qrupu Ağdərə qəsəbəsinə və kəndlərinə səfər edərək, oradakı sakinlərlə görüşüblər. Separatçılar yanacaq sarıdan korluq çəkdiklərini etiraf etsələr də, ərzaq sarıdan heç bir problemlərinin olmayacağını iddia ediblər. Halbuki Ermənistandan ərzaq göndərilməsi prosesini özləri əngəlləyiblər və məqsədləri də dünyaya “humanitar böhran” yalanını sırımaqdır.

Gələn xəbərlərdən belə məlum olur ki, son hadisələrdən sonra acınacaqlı duruma düşmüş ermənilərin bir hissəsi artıq separatçılarla yola getməməyə başlayıb. Onlar mütəmadi olaraq belə davam etməsinin mümkün olmadığını, artıq dözmədiklərini dilə gətirirlər. Hətta bir çoxları “Bizi aldatdız, dediniz ki, hər şey yaxşı olacaq. Amma siz varlandız, sizə yaxşı oldu, biz isə acımızdan ölürük” deyə bildirirlər.

Son iki gündə isə separatçılarlar narazılar arasında münasibətlər daha da kəskinləşib. Narazılar Azərbaycan tərəfi ilə danışıqlar aparmaq fikrində olduqlarını, şərtləri qəbul edilərsə, Azərbaycan vətəndaşı alacaqlarını, əks təqdirdə isə Ermənistana getmək üçün icazə istəyəcəklərini deyiblər. Bundan sonra separatçıların cəza dəstələri həmin şəxsləri axtarmağa başlayıb. Son iki gündə Azərbaycanla danışıq aparmaq və vətəndaşlıq üçün müraciət etmək fikrində olan erməniləri taparaq, onları cəzalandırmağa başlayıblar.

Həmin məlumatlardan birində isə deyilir ki, iki gün öncə Xocavənd rayonunun mərkəzində separatçıların cəza dəstələri ilə erməni sakinlər arasında dava düşüb. Belə ki, sakinlər cəza dəstələri ilə toqquşublar. Hadisə nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir. Sakinlərin çox olmasını görəb separatçılar isə aradan çıxıblar.

Qarabağdakı mənbələrdən gələn xəbərlərdən belə anlaşılır ki, separatçılar qorxu mühiti yaradaraq, oradakı erməniləri özlərinə tabe etdirməklə, planlarını həyata keçirməyə cəhd göstərirlər. Lakin getdikcə vəziyyətin pisləşməsi səbəbindən narazıların da sayının artdığı deyilir. Bəzi məlumatlara görə, proseslər tezliklə Xankəndidə təzahür edəcək.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki