image-5b6d64ad2be4bbackend

Yaddaş itkisini nələr ləngidir?

image-reklam_sirab_01

Sağlam həyat tərzi yaddaş itkisini ləngidir.

Çinin CGTN kanalında yer alan xəbərə görə, Çin Milli Psixi və Nevroloji Xəstəliklər Mərkəzi və digər tibb elmləri institutlarının tədqiqatçıları normal koqnitiv qabiliyyətə malik, 49 faizi 60 yaşdan yuxarı qadın olan 29 min adamı 10 il ərzində müşahidə ediblər.

2009-cu ildə tədqiqatın başlanğıcında iştirakçılar müxtəlif yaddaş funksiyaları və Alzheimer xəstəliyi üçün sınaqdan keçirilib.

Testlər iştirakçıların təxminən 20 faizinin Alzheimer risk genini daşıdığını göstərib.

2012, 2014, 2016 və 2019-cu illərdə müşahidı edilən iştirakçılar sağlam qidalanma, müntəzəm fiziki fəaliyyət, aktiv sosial əlaqələr, koqnitiv fəallıq, siqaret çəkməmək və heç vaxt spirtli içki qəbul etməmək kimi 6 sağlam həyat tərzi faktoru çərçivəsində təhlil olunub.

10 illik təqib zamanı 7164 iştirakçı dünyasını dəyişib, 3567 nəfər isə müxtəlif səbəblərdən araşdırmanı tərk edib.

Tədqiqatda uyğun və orta həyat tərzinə malik olan iştirakçılar Alzheimer risk geninin daşıyıcısı olsalar belə, mənfi həyat tərzi olanlara nisbətən daha yavaş yaddaş itkisi yaşayıblar. Yaddaşa ən çox müsbət təsir göstərən amilin sağlam qidalanma olduğu bildirilib.

Həmçinin aktiv idrak fəaliyyəti, müntəzəm fiziki məşq, fəal sosial qarşılıqlı əlaqə, siqaret çəkməmək və spirtli içki qəbul etməmək öz növbəsində yaddaşa müsbət təsir göstərir.

Araşdırma “British Medical Journal”da dərc olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image