image-2222backend

Yaponiya, ABŞ və Cənubi Koreya liderləri Xirosimada görüşəcəklər

image-reklam_sirab_01

Yaponiyanın Baş naziri Fumio Kisida may ayının ikinci yarısında “Yeddilər qrupu”nun (G7) Xirosima şəhərində baş tutacaq sammitində ABŞ Prezidenti Cozef Bayden və Cənubi Koreya lideri Sok Yol ilə üçtərəfli görüş keçirməyi planlaşdırır.

Vətəninfo.az Yaponiyanın Kyodo agentliyinə istinadən xəbər  verir ki, adının açıqlanmasını istəməyən yüksək səviyyəli bir ABŞ səlahiyyətlisi, ABŞ prezidenti Bayden, Cənubi Koreya prezidenti Yoon və Yaponiyanın Baş naziri Kişida ilə üçlü sammitdə görüşəcək.

Rəsmi Xirosimada keçirilməsi gözlənilən sammitin tarixi ilə bağlı dəqiq məlumat verməyib.

Digər tərəfdən, diplomatik mənbələrdən əldə edilən məlumata görə, sammit mayın 21-də, G7 Liderlər Zirvə toplantısının son günündə keçirilə bilər. Mənbələr Baydenin sammitdən sonra Avstraliyaya gedəcəyini bildirib.

Yaponiya milli mediası bildirib ki, Kişida G7 Sammitindən əvvəl Cənubi Koreyaya rəsmi səfər təşkil edə bilər, Yoon isə G7 Liderlər Zirvəsinə “müşahidəçi” kimi dəvət oluna bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki