image-defaultbackend

Yaponiya sahillərində ardıcıl 4 zəlzələ qeydə alınıb

image-reklam_sirab_01

Seysmoloqlar Yaponiya sahillərində 5,1, 5,3, 5,9 və 5 bal gücündə ardıcıl dörd zəlzələ qeydə alıblar. Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti xəbər verir.

Birincisi, Katsurenhaebaru şəhərindən 81,4 kilometr aralıda, Ryukyu adaları yaxınlığında baş verib. Bu zəlzələnin episentri 8,4 kilometr dərinlikdə yerləşib.

İkinci hadisə faktiki olaraq eyni yerdə, Katsurenhaebarudan 82,7 kilometr aralıda baş verib. Bu zəlzələnin episentri 6,8 kilometr dərinlikdə yerləşib.

Üçüncüsü isə Quşikava şəhərindən 81,5 kilometr aralıda qeydə alınıb. Bu seysmik aktivliyin episentri 10,8 kilometr dərinlikdə yerləşib.

Dördüncü isə Yaponiyanın Taira şəhərindən 81,6 kilometr məsafədə qeydə alınıb. Bu zəlzələnin episentri 15,7 kilometr dərinlikdə yerləşib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki