image-reklam-veteninfo
image-1backend

Yaponiyada inanılmaz rekord: 100 yaşdan yuxarı insanların sayı 108 minə yaxınlaşdı

image-reklam-veteninfo

Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı ilk dəfə 107 677 nəfərə çatıb. Bununla da ölkədə yüzilliklərin sayı 108 minə yaxınlaşıb.

“Kyodo” xəbər agentliyinin Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyinə istinadən yaydığı məlumata görə, bu göstərici ötən illə müqayisədə 7 914 nəfər artıb.

Məlumatlar sentyabrın 21-də qeyd olunan Yaşlılara Hörmət Günü ərəfəsində açıqlanıb. Yaponiyada 100 yaşdan yuxarı insanların sayı artıq 56 ildir ki, ardıcıl olaraq artır.

Yüzilliklərin böyük əksəriyyətini qadınlar təşkil edir. Onların payı 87,6 faizdir. Hazırda ölkənin ən yaşlı sakini Kiotoda yaşayan 114 yaşlı Fuyosa Kişimotodur.

Statistikaya əsasən, Yaponiyada hər 100 min nəfərə 87-dən çox 100 yaşdan yuxarı sakin düşür.

Əhalinin sürətlə qocalması isə ölkə üçün ciddi sosial-iqtisadi problemlər yaradır. İşləyən və vergi ödəyən əhalinin azalması ilə yanaşı, səhiyyə və sosial təminat sistemlərinə düşən yük də getdikcə artır.

2025-ci ildə Yaponiyada orta ömür uzunluğu qadınlar üçün 87,33 il, kişilər üçün isə 81,35 il təşkil edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki