image-reklam-veteninfo
image-ef0cbc4a-5e5c-4519-9e6b-ca29229ea9afbackend

“Yaşıl Qarabağ” İB-yi Qubadlı və Zəngilan raonlarında ağac əkilcək sahələrə baxış keçırdi

image-reklam-veteninfo

“Azad edilmiş əraziləri yaşıllaşdıraq” layihəsi çərçivəsində “ Yaşıl Qarabağ” İB-nin üzvləri sentyabrın 19-da Qubadlı və Zəngilan raonlarında olublar. Səfərdə məqsəd ağac əkilcək sahələrə baxış keçırmək, yerlı iqlım şəraitinə müvafiq olan ağacların növlərini dəqiqləşdirmək idi. Bunları əməkdaşımızla söhbətində “ Yaşıl Qarabağ” İB-nin rəhbəri Etibar Hüseynov bildirib. O qeyd edib ki: “ İlkin mərhələdə Ekologiya Nazirliyinin və Xüsusi Nümayəndəliyin yerlı əməkdaşları ilə birlikdə ağac əkiləcək yerlərin relyefi, iqlım şəraiti və faunası barədə məsləhətləşmələr aparırıq. Qərara alınıb ki, Qubadlı rayonunda N saylı hərbi hissənin daxilində və ətrafında, Zəngilan rayonunda isə Şəhidlər Xiyabanı ərazisində Xan çinar və Eldar şamı ağacları əkilsin. Aksiyamıza hava şəraitinə uyğun olaraq oktyabr ayının ortalarından start verməyi planlaşdırırıq”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki