image-reklam-veteninfo
image-img_1649backend

Yaxın adamından “David Seliverstov” haqqında şok etiraflar – Qeytsin milyardları, Nisanovun adı ..

image-reklam-veteninfo

“David Seliverstov” – Kazım Abbasov Azərbaycandan qaçmasından sonra onun Bayıldakı ofisi qarşısında aksiya təşkil olundu. Aksiya iştirakçıları “David Seliverstov”u ifşa etmiş hüquq müdafiəçisi Çingiz Qənizadəni hədəf alaraq onu qaralamaqla məşğul idi. Aksiyada diqqətçəkən şəxslər sırasında Mehman Qasımov, Rövlanə Heydərova da vardı.

“David Seliverstov”- Kazım Abbasovun şifarişi ilə düzənlənən aksiya böyük bir maxinasiya şəbəkəsinin ifşasını qarşısını almağa hesablansa da, çox mübhəmlərin üstünü açdı. Ofis önündəki aksiyalarda görünən Mehman Qasımov Musavat.com-a verdiyi açıqlamalarda prosesin pərdəarxası məqamlarını və “David Seliverstov”un insanları ətrafında necə saxladığı”, türmədən çıxandan sonra özünə sənəd toplaması, anasının milliyyətini özünün doğum haqda şəhadətnaməsində rus olaraq yazdırmasını təfərrüatı ilə danışıb.

Mehman Qasımovun etirafına görə, onun “David Seliverstov” – Kazım Abbasovla tanışlığı Elçin adlı müştərək bir dost vasitəsilə baş tutub. Keçmişdə polis orqanlarında əməliyyatçı, mühafizə xidmətində çalışan və prokurorluq sistemində təcrübəsi olan Mehman Qasımov həmin dövrdə hüquq işləri ilə məşğul olub. Dostu Elçin Kazım Abbasovu onun yanına gətirərək sənədlərinin bərpasına kömək etməsini xahiş edib.

Həmin vaxt həbsdən yeni çıxmış Kazım Abbasovun əlində yalnız məhkumluq haqqında arayış olub, heç bir rəsmi sənədi, şəxsiyyət vəsiqəsi belə yox idi. Mehman Qasımov onun doğum haqqında şəhadətnaməsinin bərpa olunması, şəxsiyyət vəsiqəsinin alınması və anasının yəhudi mənşəli olması bəhanəsi ilə ad-soyadını dəyişib “David Seliverstov” etməsi prosesini hüquqi baxımdan addım-addım həyata keçirmək istiqamətində addımlar atıb. Mehman Qasımov Kazım Abbasovla bağlı maraqlı bir detalı açıqlayıb. Deyib ki, doğum haqqında şəhadətnaməsi tərtib olunarkən Kazım Abbasov atasının azərbaycanlı, anasının isə rus milliyyətindən olduğunu yazdırıb: “Şəxsən özü dedi ki, atam azərbaycanlı, anam rusdur. Desəydi ki, anası yəhudidir, elə yəhudi olaraq da qeyd olunacaqdı. Amma hər kəsə özünü yəhudi olaraq təqdim edirdi. Ad, soyadını da “David Seliverstov”a dəyişmək istəyirdi. Lakin dəfələrlə məhkum olunmasına görə Daxili İşlər Nazirliyindən buna icazə verilmədi”.

Sadə bir sənəd köməyi ilə başlayan bu tanışlıq sonradan Mehman Qasımovun “Magen David” təşkilatının işçisinə çevrilməsi ilə nəticələnib.

Mehman Qasımovun sözlərinə görə İnqilab küçəsində balaca bir otaqda başlayan fəaliyyət Kazım Abbaaov tərəfindən xeyriyyə iatiqamətli elan olunsa da, daha çox müxtəlif şəxslərin problemlərinin pul qarşılığında həlli ilə davam etdirilib.

Mehman Qasımov bildirib ki, “David Seliverstov” İnqilab küçəsindəki balaca bir otaqdan Bayıldakı ikimərtəbəli ofisə qədər böyüsə də, ətrafındakı insanlara bir manat da maaş verməyib. İnsanları illərlə təmənnasız şəkildə yanında saxlamaq üçün dünya miqyaslı adlardan istifadə edib. Mütəmadi olaraq iddia edib ki, amerikalı milyarder Bill Qeyts dünya üzrə xeyriyyə işlərinə 4 milyard dollar vəsait ayırıb. O, bu nəhəng məbləğdən böyük bir faizin sırf onun rəhbərlik etdiyi “Magen David” şirkətinə gələcəyini və vəsait daxil olan kimi ətrafındakı hər kəsə böyük pullar veriləcəyini vəd edib.

Məhz bu illüziya hesabına Mehman Qasımov və onları tanış edən Elçin 2 ildən artıq bir müddətdə pulsuz-parasız “David Seliverstov”un tapşırıqlarını yerinə yetirib, müxtəlif tədbirlərə qatılıb.

mqas.JPG (26 KB)

Mehman Qasımovun sözlərinə görə, “David Seilverstov yalnız Bill Qeytsin adı ilə kifayətlənməyib, həm də Rusiya yəhudilərindən olan məşhur milyarderlər Qod Nisanovun adını tez-tez hallandırıb. O, özünü bu şəxslərə və Moskvadakı böyük holdinqlərə çox yaxın adam kimi qələmə verib.

Eyni zamanda, etibarlılıq imici yaratmaq üçün Bayıldakı sərt mühafizə olunan, telefonların qapıda alındığı ofisə mütəmadi olaraq deputatlar, xüsusən Anatoli Rafailov kimi şəxslər, İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri və digər nüfuzlu qonaqlar dəvət olunub. Moskvadan üstündə at emblemi olan xeyriyyə malları gətirilərək Quba və Qusarda şəhid ailələrinə paylanılıb. Bütün bunlar ətrafdakılarda “David Silverstov”un arxasında nəhəng imperiyanın durduğu təəssüratını yaradıb.
Mehman Qasımov deyir ki, günlərin birində yarım milyona yaxın real pulun gəlməsinə baxmayaraq, “David Silverstov” işçilərinə verdiyi vədlərin heç birini tutmayıb.

Mehman Qasımov vurğulayır ki, uşağının sünnət toyu üçün istədiyi 1000 manat əvəzinə “David Silverstov” ona cəmi 500 dollar verib yola saldıqdan sonra yalanları tam başa düşüb və oradan uzaqlaşıb. Onları ilk gün tanış edən əsas vasitəçi Elçin də aldadıldığını anlayaraq oradan ayrılıb.

Nəticədə, milyardlıq vədlərlə insanları ətrafında saxlayan “David Seliverstov” ölkədən qaçıb, arxada isə aldadılmış onlala insan və onun kirli əməllərini ifşa edən keçmiş “sağ əli” Mehman Qasımov qalıb.
Məlum aksiyada iştirak edən Rövlanə Heydərovanın açıqlamaları da diqqət çəkir.

Onun sözlərinə görə, “Magen David”i beynəlxalq hüquq müdafiə təşkilatı hesab edib və şəxsi problemi ilə bağlı quruma müraciət edib.

Lakin sonradan təşkilatın fəaliyyətinin onun düşündüyü kimi olmadığını anladığını bildirir.
Heydərovanın iddiasına görə, problemlərinin həlli üçün müraciət edən şəxslərdən 5-10 min manat tələb olunub, sənədlər götürülərək vəkillərə göndərilib.

O, uzun illər müxtəlif beynəlxalq xeyriyyə təşkilatlarında çalışdığını və belə qurumlarda problemlə müraciət edən şəxslərdən bu formada pul alınmasının şahidi olmadığını deyir.

Rövlanə Heydərova həmçinin bildirib ki, məlum aksiyaya “Magen David” tərəfindən telefonla dəvət olunub, lakin orada ona yanlış məlumatlar verildiyini sonradan anlayıb.

424d3159-b9f7-46df-81ca-f1782324c3fe.jpeg (256 KB)

Beləliklə, Mehman Qasımov və Rövlanə Heydərovanın danışdıqları eyni mənzərənin müxtəlif tərəflərini göstərir. “David Seliverstov” Çingiz Qənizadə tərəfindən ifşa olunmasını, qurduğu böyük maxinasiya torunun çökəcəyini anlayınca, hüquq müdadiəçisi əleyhinə qarayaxma kampaniyası başladıb!

Hazırda bir tərəfdə beynəlxalq əlaqələr görüntüsü, milyarderlərin adları, xeyriyyə layihələri illüziyası, İsrail və Moskva ilə əlaqələr görüntüsü yaradan “David Seliverstov” obrazı var.

Digər tərəfdə isə keçmiş əməkdaşın sözlərinə görə, maaşsız işləyən insanlar, böyük pullarla bağlı bitməyən vədlər və hüquqi problemlərinin həllinə ümid edən şəxslər dayanır.

İnsanlara hüquq müdafiəsi və xeyriyyə adı altında hansı xidmətlər təklif olunurdu? Bill Qeyts və Qod Nisanov kimi dünya şöhrətli milyarderlərin adları hansı məqsədlə çəkilirdi? Bayıldakı ofisdə deputatların, xarici nümayəndələrin və digər tanınmış şəxslərin görünməsi hansı imici yaratmağa xidmət edirdi? Və ən başlıcası – problemlərini həll etmək ümidi ilə bu quruma müraciət edən insanların ödədiyi pulların taleyi necə olub?

Mehman Qasımov və Rövlanə Heydərovanın açıqlamaları bu sualları bir qədər də dərinləşdirir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki