“Yelo Bank” ASC-nin 2026-cı ilin 2-ci rübünə olan göstəriciləri kredit portfelinin tərkibində maraqlı detalları ortaya çıxarıb. Bankın ümumi 1,1 milyard manatlıq kredit portfelinin 52,86 milyon manatını vaxtı keçmiş (problemli) borclar təşkil edir.
Vətəninfo.az xəbər verir ki, hesabatda ən diqqətçəkən məqam vaxtı keçmiş borcların strukturunda əhalinin (istehlak və ipoteka) payının yüksək olmasıdır. Belə ki, cəmi 52,86 milyon manatlıq problemli kreditin 19,98 milyon manatı (təxminən 38%-i) məhz fiziki şəxslərin payına düşür. Bu da əhalinin kredit ödənişində çətinlik çəkən əsas qrup olduğunu göstərir.
İkinci diqqətçəkən detal isə kənd təsərrüfatı və emal sənayesi üzrə risk dərəcəsinin yüksəkliyidir. Kənd təsərrüfatına ayrılan 134,1 milyon manatlıq kreditin 4,45 milyon manatı, emal sənayesinə ayrılan 38,9 milyon manatlıq kreditin isə 3,22 milyon manatı vaxtında ödənilməyib. Portfelin həcminə nisbətdə bu sahələrdə gecikmə faizi diqqət çəkir.
Ən intizamlı ödəniş edən sektorlar sırasında isə informasiya və rabitə (1,73 milyon manatdan cəmi 122 min manat gecikmə) və sənayenin digər sahələri (912 min manatdan cəmi 78,1 min manat gecikmə) yer alıb.
Ümumilikdə bankın portfelində ən böyük pay sahibi fiziki şəxslər (420,11 milyon manat) və qeyri-istehsal/xidmət sahələri (235,65 milyon manat) olsa da, borc ödənməməsi riski də əsasən bu iki istiqamətdə cəmləşib.yenisabah.az


























