image-img-20210602-wa0012backend

Yevlaxda şəhidlərin xatirəsinə ucaldılmış bulağın açılışı olub

image-reklam_sirab_01

Yevlax rayonunun Aşağı Qarxun kəndində Qarabağ savaşında şəhid olmuş kənd sakinlərinin xatirəsinə ucaldılan “Şəhidlər bulağı”nın açılışı olub.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, rayonun Hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, müharibə veteranları, kənd sakinləri əvvəlcə “Şəhidlər bulağı”nı ziyarət edib, abidə önünə çiçək dəstələri düzüb, Vətən uğrunda şəhid olan oğulların xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə 44 günlük Vətən müharibəsində Şanlı Qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilib.
Tədbirdə çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.

Sakinlər şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Yevlax rayonunun digər kəndlərində də belə bulaqların tikintisinin aparılması davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki