image-yuxuda-esger-gormek-780x470backend

Yolu azmış Azərbaycan əsgərlərindən biri Ermənistanda saxlanılıb

image-reklam_sirab_01

Azərbaycan Müdafiə Nazirliyi xəbər yayıb ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində qulluq edən iki hərbçimiz hava şəraitinin pis olması səbəbindən yoldan çıxaraq, azıblar.

Vətəninfo.az  xəbər verir ki, nazirlik əsgərlərimizin axtarışını həyata keçirir. Ermənistan Müdafiə Nazirliyi isə bu gün səhər saatlarında Sisyan rayonu, Bnuns kəndi yaxınlığında bir Azərbaycan əsgərini həbs etdiklərini bəyan edib.

Hava şəraiti ilə əlaqədar yolu azmış əsgərlərimizin yerini həmin kənddə yaşayan Şuşanik Matevosyan polisə bildirib. Belə ki, erməni qadın iddia edib ki, hər iki hərbçi gecə onun qapısını döyüb və daha sonra gediblər. Erməni tərəfi digər Azərbaycan əsgərini axtardıqlarını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki