image-2222backend

Zelenski döyüş bölgəsinə səfər etdi

image-reklam_sirab_01

Ukrayna Prezidenti Volodimir Zelenski Donetsk vilayətinin Avdeevka şəhərinə səfər edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidentinin Ofisi yayıb.

Məlumata görə, Volodimir Zelenski burada Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə baş çəkib və hərbçilərlə görüşüb.

Bəyanatda qeyd olunub ki, “Donetsk” operativ-taktiki qrupunun komandiri Volodimir Zelenskiyə cəbhədəki vəziyyət barədə məlumat verib. Volodimir Zelenskinin Donetskə etdiyi səfər çərçivəsində Ukrayna hərbçilərinin müalicə olunduğu xəstəxanaya da baş çəkdiyi bildirilib.

Qeyd edək ki,Donetsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Pavlo Kirilenko sosial media hesabından verdiyi açıqlamada rusların Avdiyivkaya son bir gündə ağır silahlar və raketlərlə hücumlar təşkil etdiyini bildirib.

Pavlo Kirilenko şəhərin 6 küçəsinə zərər dəydiyini qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki