image-330922761_1599991737136690_17679354359011976_nbackend

Zelenski İlham Əliyevə niyə zəng edib? -DETALLAR

image-reklam_sirab_01

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinlə İlham Əliyevin telefonla danışdığı günün sabahısı Ukrayna dövlət başçısı Volodimir Zelenski azərbaycanlı həmkarına zəng edib. Zelenski ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə və göstərilən humanitar yardımlara görə prezident İlham Əliyevə təşəkkürünü bildirib. Söhbət zamanı dövlət başçıları beynəlxalq platformalarda əməkdaşlıq məsələsini də müzakirə ediblər. “Zelenski Bakıya bu zəngi ilə İlham Əliyevə minnətdar olmaqla yanaşı Putinə belə bir mesaj da göndərib ki, Rusiya rəsmilərinin sözdə strateji tərəfdaş adlandırdığı Azərbaycan Ukraynanın ərazi bütövlüyünü sözdə və əməldə dəstəkləyir.” –Vətəninfo.az xəbər verir ki,  bunu politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq bildirib ki, Volodimir Zelenski bu gün Rusiyanın sözdə strateji tərəfdaş adlandırdığı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə də zəng edərək iki ölkə arasında humanitar əlaqələri müzakirə edib.

“Rusiyaya qonşu olan ölkələr işğalın və imperiya sərhədlərinin genişlənməsinin əleyhinədirlər.”- deyə Elxan Şahinoğlu əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki