image-9backend

Zelenski: “Ukrayna və Polşa çiyin-çiyinə olarsa, Rusiya Avropaya qalib gələ bilməz”

image-reklam_sirab_01

“Ukrayna və Polşa çiyin-çiyinə olarsa, Rusiya Avropaya qalib gələ bilməz”.

Vətəninfo.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski rəsmi səfərdə olduğu Polşanın paytaxtı Varşavada ictimaiyyət qarşısında etdiyi çıxışında deyib.

Zelenski Polşanın hərbi dəstəyinin Ukraynaya çox kömək etdiyini və onun azadlığına töhfə verdiyini bildirib.

“Bizim azadlığımız sizin də azadlığınızı gücləndirir”, deyə Zelenski qeyd edib.

Zelenski Polşa xalqına və onların hökmdarlarına ukraynalılara qonaqpərvər münasibətinə görə təşəkkür edib.

Polşa prezidenti Anjey Duda da bildirib ki, Rusiyadan tələb edilməli olan yeganə şey onun Ukrayna ərazisindən tamamilə çıxmasıdır.

Ukraynalıların həyatı ilə bağlı heç bir müzakirənin aparıla bilməyəcəyinə işarə edən Duda deyib:

“Bu gün biz Moskvaya, Kremlə aydın mesaj veririk ki, siz bizi bölə bilməyəcəksiniz”.

Polşa və ukraynalıları yüzillik ortaq tarix birləşdirdiyini qeyd edən Duda onu da deyib ki, lazım gələndə polyak olaraq ehtiyacı olan qardaşlarımıza əl uzatdıq. Ukraynaya tanklar, zirehli transportyorlar, haubitsalar, təyyarələr veririk. Başqa ölkələrə nümunə oluruq və bəzən onların silah tədarükünə qarşı müqavimətlərini qırırıq.

Bu arada xalqa müraciətdən əvvəl görüşən Zelenski və Polşa rəsmiləri müxtəlif məsələlərlə bağlı öhdəliklər götürüb və sazişlər imzalayıblar.

Polşanın indiyədək Ukraynaya 8 Sovet istehsalı olan “MİQ-29” tipli döyüş təyyarəsi göndərdiyini xatırladan Duda, daha 6 təyyarənin göndəriləcəyini qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki