image-reklam-veteninfo
image-1backend

Zəngilan–Naxçıvan dəmir yolu ilə bağlı hazırlıqlar davam edir – “Tasnim”

image-reklam-veteninfo

Azərbaycanın Zəngilan rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçəcək dəmir yolu xəttinin tikintisi ilə bağlı hazırlıqlar davam edir.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb. Agentlik qeyd edib ki, layihənin reallaşdırılması Ermənistan daxilində siyasi müxalifətin mövqeyi və regional geosiyasi məsələlərlə bağlı müzakirələr fonunda həyata keçirilir.

Məlumata görə, layihə yalnız avtomobil və dəmir yolu bağlantılarının yaradılmasını deyil, həmçinin qaz və neft kəmərlərinin, elektrik ötürücü xətlərin və fiber-optik şəbəkələrin inkişafını da nəzərdə tutur.

Ermənistanın Baş naziri Nikol Paşinyan layihənin regionun iqtisadi mühitinə ciddi təsir göstərə biləcəyini bildirib. O, Ermənistan-Türkiyə sərhədinin açılmasının, həmçinin Azərbaycan və Türkiyə ilə dəmir yolu əlaqələrinin yaradılmasının vacibliyini vurğulayıb.

“Tasnim” daha geniş perspektivdə bu marşrutun Fars körfəzi ilə Qara dəniz arasında nəqliyyat bağlantısının formalaşmasına şərait yarada biləcəyini qeyd edib. Agentliyin yazdığına görə, layihənin həyata keçirilməsi Ermənistanın regional logistika zəncirlərinə inteqrasiyasını da sürətləndirə bilər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki