image-64227969373eabackend

Zəvvarları daşıyan avtobus qəzaya uğradı: 20 ölü

image-reklam_sirab_01

Səudiyyə Ərəbistanı mətbuatında yer alan xəbərlərə görə, Məkkəyə gedən avtobusun əyləcində baş verən nasazlıq nəticəsində avtomobil körpüyə çırpılaraq yanmağa başlayıb. Vətəninfo.az xəbərə verir ki, qəza nəticəsində 20 nəfər həyatını itirib, 29 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu təcili yardım və yanğınsöndürənlərin cəlb olunduğu yaralıların ətraf xəstəxanalara aparıldığı bildirilib.

Yerli mənbələr qəzaya uğrayan avtobusda Yəməndən olan Ümrə ziyarətçilərinin olduğunu söyləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki