image-reklam-veteninfo
image-1backend

1982-ci ildə Parisdə yəhudi restoranına hücum edən 6 nəfər mühakimə olunacaq

image-reklam-veteninfo
Fransa hakimləri 43 il əvvəl Parisdə yəhudi restoranına hücuma görə 6 nəfərin xüsusi terror məhkəməsində mühakimə olunmasına qərar verib. Vətəninfo.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb .

Hücum nəticəsində 6 nəfər ölüb, ən azı 20 nəfər yaralanıb.

Hücum 1982-ci ilin avqustunda Yəhudi məhəlləsinin mərkəzində Co Qoldenberqin restoranında baş verdi.

Bu iş üzrə əvvəlki məhkəmə prosesi olmayıb.

Bu ayın əvvəlində milli antiterror prokurorluğu hücumun təşkilatçılarından biri olmaqda şübhəli bilinən və 2020-ci ilin sonundan Fransada həbsdə olan Valid Əbdülrəhman Əbu Zayedə qarşı məhkəmənin açılmasını istəyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki