Türkiyə Respyblikası Prezidentin baş müşaviri Yalçın Topçu Azərbaycanın Ankaradakı səfirliyinin 8 Noyabr-Zəfər Günü münasibətilə təşkil etdiyi qəbulda iştirak edib və təəssüratlarını soruşan mətbuat nümayəndələrinə bunlar söyləyib: Can Azərbaycanın 8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Günü mübarək olsun!.. İndi Şuşada ayrı bir əzəmətlə dalğalanan üçrəngli, ay-ulduzlu şanlı bayrağa eşq olsun!.. Otuz illik hüquqsuz işğalı 44 günlük şanlı Qarabağ Zəfəri ilə sonlandıran, əziz şəhidlərimizi rəhmətlə yad edir, Müzəffər Ali Baş Komandan Cənab Prezident İlham Əliyevi və qəhrəman qazilərimizi hörmət və minnətdarlıqla salamlayıram. Birliyimiz və qardaşlığımız daim, dövlətlərimiz qaim olsun. İNŞALLAH.”


























