“Xəmsə Palace-2021” Mənzil-Tikinti Kooperativinin (MTK) maliyyə göstəriciləri ilə bağlı rəqəmlər diqqət çəkir. Məlumatlara əsasən, kooperativin borcu 1.861.150,04 manat təşkil edir ki, bu da qurumun maliyyə öhdəliklərinin yüksək həddə çatdığını göstərir.
Vətəninfo.az xəbər verir ki, “Sərhəd.az”-ın paylaşdığı xəbərdə daha sonra vurğulanır ki,dövlət qeydiyyatı məlumatlarına görə, “Xəmsə Palace-2021” MTK 30 mart 2021-ci il tarixində qeydiyyata alınıb. Kooperativin qeydiyyat və vergi məlumatları aşağıdakı kimidir:
VÖEN: 1703029131
Hüquqi ünvan: AZ1054, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, mənzil 17
Nizamnamə kapitalı: 201 AZN Qanuni təmsilçi: İlham Bayandur oğlu Cabbarov
Bununla yanaşı, kooperativin borcunun hansı səbəblərdən yaranması, hansı öhdəliklər üzrə formalaşması və məsələ ilə bağlı digər təfərrüatlar barədə hələlik əlavə məlumat açıqlanmayıb.


























