image-reklam-veteninfo
image-img_5811backend

2020-ci il 14 iyul hadisələrinə Ramiz Mehdiyevin cinayət işi çərçivəsində yenidən baxılmalıdır-RÜSTƏM ƏBÜLFƏTOĞLU YAZIR

image-reklam-veteninfo

Ramiz Mehdiyevin cinayət işi çərçivəsində 5 il əvvəlki iğtişaşa Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən yenidən hüquqi qiymət verilməlidir. Tovuz döyüşləri fonunda 2020-ci il iyulun 14-də minlərlə vətənpərvər insanın işğal olunmuş torpaqların azadlığı uğrunda müharibəyə başlamaq çağırışı ilə keçirdiyi “Qarabağ yürüşü” aksiyasının sonda hansı təxribatçı qüvvələrin dəstəyi ilə parlament binasının ələ keçirilməsinə yönləndirilmiş iğtişaşa çevrilməsi faktı bir daha və bu dəfə daha dərindən araşdırılmalıdır. Xatırladaq ki, həmin gün məhz AXCP üzvləri yaranmış vəziyyətdən sui istifadə edərək təxribat törətmiş, qürurverici dinc “Qarabağ yürüşü” aksiyasının mahiyyətini dəyişməyə cəhd edərək asayişi mühafizə edən polisə qarşı daş və digər müxtəlif əşyalarla zor tətbiq edərək parlament binasına daxil olmuşdular.

image-img_5813

Nəticədə 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmiş, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınmış, daha 14 xidməti avtomobilə, parlamentin binasına və yol infrastrukturuna ciddi ziyan vurulmuşdu.

image-img_5812

Faktla bağlı Cinayət Məcəlləsinin “kütləvi iğtişaş” və “hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə” maddələri ilə cinayət işi başlanmışdı. İğtişaşın Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Nəcməddin Sadıqova istefa tələbindən dərhal sonraya təsadüf etməsi isə Dövlət Təhlükəsizliyi Xidmətinin istintaqı nəticəsində heç də təsadüf sayılmaya da bilər…


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki