image-reklam-veteninfo
image-1backend

25 yaşlı Mahir 38 nəfəri necə aldadıb? – MİDA-da ev axtaranların NƏZƏRİNƏ

image-reklam-veteninfo

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mənzillərini güzəştli şərtlərlə satmaq adı ilə 38 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Mahir Rəsulova hökm oxunub.

Vətəninfo.az  xəbər verir ki, 25 yaşlı Mahir özünü informasiya texnologiyaları mütəxəssisi kimi təqdim edərək insanları aldadıb.

Onun aldatdığı şəxslərin əksəriyyəti cənub bölgəsindən olub.

Həmin cinayət işi üzrə məhkəmə araşdırması əvvəlcə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Lakin onun aldatdığı şəxslərdən pulu Bakıda aldığı müəyyən ediləndən sonra işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə aparılan araşdırma zamanı zərərçəkmiş 38 nəfərdən bir neçəsinin pulunun qaytarıldığı məlum olub. Bir neçə nəfər isə pulunun müəyyən hissəsini geri ala bilib.

Mahir Rəsulova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə zərərçəkmişlərdən birinə 60 min manatdan çox zərər dəydiyi üçün Mahirə qarşı 178.3.2-ci maddə ilə ittiham irəli sürülüb. Lakin məhkəmə araşdırması zamanı məlum olub ki, Mahir 60 min manatdan çox pulu bir nəfərdən yox, ayrı-ayrı şəxslərdən alıb. Buna görə də ona qarşı irəli sürülmüş külli miqdarda dələduzluq ittihamı xeyli miqdarda dələduzluq itthamı ilə əvəz edilib.

Mahir Rəsulov aldığı pulların qarşılığında vədinə əməl etməməsini belə izah edib:

“Müəyyən səbəblərə görə alınmadı. Məndən asılı olmayan səbəblər idi”.

Zərərçəkmiş şəxslərin ifadəsindən məlum olub ki, onlar Mahiri “MİDA-da ev düz-qoş edən” şəxs kimi tanıyıblar.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Mahir daha əvvəl də dələduzluq əməli törədib. Sonuncu dəfə isə 2023-cü ildə məsuliyyətə cəlb edilib.

Bu əməllərinə görə Mahir 5 il azadlıqdan məhrum edilib. Onun 2023-cü ildə barəsində çıxarılmış şərti hökm bu cəza ilə birləşdirilib. Onun üzərində qəti olaraq 5 il 11 ay həbs cəzası saxlanılıb.

Qeyd edək ki, son illər MİDA-dan güzəştli ev almaq adı ilə aldadılan yüzlərlə insan var. Lakin illər keçsə də, nə aldadanların sonu gəlir, nə də aldadılanların sayı azalır. İnsanlar daha asan, daha ucuz ev vədləri ilə qurbana çevrilirlər. Rəsmi qurumların xəbərdarlıqlarına baxmayaraq, insanlar aldadılmağa davam edir.Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki