Akademik Zərifə Əliyeva adına liseyin 10 A3 sinfinin şagirdləri 8 Noyabr – Zəfər Günü münasibətilə maraqlı və vətənpərvərlik ruhunda videoçarx hazırlayıblar.
Videoçarxın əvvəlində şagirdlər mərhum xalq şairi Zəlimxan Yaqubun “Dünya bizim olacaq” şeirini böyük həvəslə və coşqu ilə səsləndiriblər. Daha sonra onlar sözləri Bəxtiyar Vahabzadəyə, musiqisi Emin Sabitoğluna məxsus olan “Azərbaycan” mahnısını ifa ediblər.
Milli geyimdə olan şagirdlərin rəqs ifası isə videoçarxa xüsusi rəng qataraq izləyicilərdə xoş təəssürat yaradır.
Videoçarxın ideya müəllifi 10 A3 sinfinin sinif rəhbəri Pərviz Ağalarovdur. Qeyd edək ki, Pərviz Ağalarov, eyni zamanda, IX siniflər üçün nəzərdə tutulmuş “Zəfər tarixi” dərs vəsaitinin həmmüəllifidir.
Şagirdlərin bu yaradıcı təşəbbüsü Zəfər Gününün tarixi əhəmiyyətinin gənc nəslə aşılanması, milli-mənəvi dəyərlərə bağlılığın və vətənpərvərlik ruhunun təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.


























