image-2backend

3-cü sinif şagirdi Beynəlxalq Riyaziyyat Olimpiadasında bürünc medal qazandı 

image-reklam_sirab_01

Hər il məktəbli şagirdlər arasında keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadası   ən qədim və ən mötəbər bilik yarışıdır. Bu Olimpiadalardan biri də “SASMO” Singapore Asian Schools Math Olympiad – “SASMO” Asia məktəblər arası Riyaziyyat Olimpiadasıdır ki, burada Xırdalan Şəhər 1 saylı tam orta məktəbin 3 sinif şagirdi Zəhra Zeynallı bürünc medal və diplomla təltif olunub.Yüzlərlə şagirdin iştirak etdiyi bu Olimpiada da şagirdlər öz biliklərinin nə səviyyədə olmasını təxminən 3 saata yaxın baş tutan imtahan zamanı göstərirlər.
Sözsüz ki, Müsabiqələrdə, Beynəlxalq Olimpiadalarda yer tutmaq asan başa gəlmir.Burada valideyndən başqa, müəllimlərin də əməyi böyükdür.

İstedadlı şagird Zəhranı, məktəbin direktoru Arifə Balakişiyeva və sinif rəhbəri Kübra Hüseynova təbrik etmiş və məktəbliyə uğurlar arzulamışdır.

image-3 image-4


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki