image-reklam-veteninfo
image-41-yil-once-almanya-da-cinayet-isleyen-suphel-18878166_ampbackend

41 il  axtarışda olan şəxs Türkiyədə tutuldu

image-reklam-veteninfo

Almaniyada 1984-cü ildə törətdiyi qəsdən adamöldürmə cinayətinə görə İnterpol tərəfindən “qırmızı bülleten”lə axtarışda olan N.G. Türkiyədə 41 il sonra yaxalanıb.

Vətəninfo.az xəbər verir ki, Hatay Əmniyyət Müdirliyinin əməkdaşları Almaniya məhkəmə orqanlarının müraciəti əsasında hərəkətə keçərək, şübhəlinin Türkiyədə ola biləcəyi istiqamətində araşdırma aparıb. İnterpol-Evropol Dairə Başqanlığı ilə koordinasiyalı şəkildə həyata keçirilən əməliyyatda şübhəlinin Hatay vilayətindəki qohumlarına məxsus ünvanlarda tez-tez göründüyü müəyyən edilib.

Əldə edilən məlumatlara əsaslanaraq fiziki və texniki müşahidələr nəticəsində N.G.-nin Antakya rayonunun Serinyol məhəlləsində olduğu təsdiqlənib. Polis əməkdaşları həmin ərazidə təhlükəsizlik tədbirləri görərək əməliyyat keçirib. Nəticədə şübhəli şəxs saxlanılıb.

N.G. barəsindəki sənədləşdirmə işləri tamamlandıqdan sonra məhkəmə orqanlarına təhvil verilib. Hazırda onun ekstradisiyası ilə bağlı hüquqi prosedurlar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki