image-reklam-veteninfo
image-1backend

“7-10 günə sülh əldə edilə bilər”- Zelenski

image-reklam-veteninfo

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin “Qətiyyətlilər Koalisiyası” tərəfindən irəli sürülən sülh planını qəbul etməsinin çətin olacağına inanır. Vətəninfo.az xəbər verir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.

Zelenski bildirib ki, hazırlanan plan qısa və aydın olmalı, çoxlu detallardan ibarət olmamalıdır:
“Hazırda atəşkəs planı üzərində işləyirik. Qərara gəldik ki, yaxın bir həftə və ya on gün ərzində bu plan tam hazır olacaq”, – deyə Ukrayna Prezidenti qeyd edib.

O, həmçinin Rusiya liderinin hər hansı sülh planını qəbul etməyə hazır olduğuna şübhə ilə yanaşdığını vurğulayıb.

Qeyd edək ki, ötən həftə Böyük Britaniyanın Baş naziri Keir Starmer “Qətiyyətlilər Koalisiyası”nın 2025-ci ilin sonuna qədər Ukrayna üçün sülh planı hazırladığını açıqlamışdı.

Vladimir Zelenski həmin açıqlamaya münasibət bildirərkən qeyd edib ki, ABŞ və “Qətiyyətlilər Koalisiyası” Putini məğlub etmək və Ukraynada müharibəyə son qoymaq üçün birgə fəaliyyət göstərməlidirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki