image-reklam-veteninfo
image-1backend

ABŞ  bu ölkələrin gənclərinin universitetlərə qəbulunu qadağan etdi

image-reklam-veteninfo

ABŞ Senatında respublikaçı senator Tommi Tubervil iranlı və çinli tələbələrin təhsil vizası ilə Amerika universitetlərinə qəbulunu qadağan edən yeni qanun layihəsi təqdim edib.

Tubervil “düşmən dövlətlər”dən gələn tələbələrin milli təhlükəsizlik üçün risk yaratdığını, habelə amerikalı abituriyentlərin imkanlarını azaltdığını bildirib. Layihədə beynəlxalq tələbələr üçün kvota nəzərdə tutulur, viza pozuntularına görə cəzalar isə sərtləşdirilir.

Senator Fox News-a açıqlamasında bildirib: “Biz İran vətəndaşlarının ABŞ-yə gəlib öz məhvimizə hazırlıq görməsinin qarşısını almalıyıq”.

Layihə qəbul olunarsa, ABŞ-də təhsil almaq istəyən minlərlə iranlı gənc üçün ciddi maneələr yaranacaq. (Iran International)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki