image-reklam-veteninfo
image-1backend

ABŞ ÇİNƏ QARŞI MÜMKÜN MÜHARİBƏYƏ HAZIRLIQ GÖRÜR – Naval News

image-reklam-veteninfo

ABŞ Hərbi Dəniz Qüvvələri Çinlə mümkün münaqişəyə hazırlıq çərçivəsində Havay adalarındakı Pörl-Harbor bazasına hərbi güclərini cəmləşdirir. Naval News xəbər verir ki, burada Zumwalt sinfindən olan üç müasir esmines və Virginia sinfinə aid üçədək atom sualtı qayığın yerləşdirilməsi planlaşdırılır.

Bildirilib ki, bu addım ABŞ Donanmasının İndo-Sakit okean regionunda mümkün hərbi ssenarilərə daha sürətli və effektiv reaksiya verməsinə imkan yaradacaq. Gəmi və sualtı qayıqların Pörl-Harborda yerləşdirilməsi 2028-ci ilin ortalarından etibarən nəzərdə tutulur.

İnfrastruktur təkmilləşdirilir

Məlumata görə, bazada hal-hazırda liman infrastrukturu və quru dok imkanlarının yenilənməsi istiqamətində işlər gedir. Məqsəd – yeni döyüş gəmilərinin və sualtı qayıqların yerləşdirilməsi və təmirini mümkün etməkdir.

İki Zumwalt esminesi artıq ABŞ Hərbi Dəniz Qüvvələrinin adi hipersəs raketlərini (CPS) daşımaq imkanına malik olması üçün modernləşdirilir. Üçüncü gəmi isə 2026-cı ildə Missisipidəki Huntington Ingalls Industries zavoduna göndəriləcək.

Bütün esmineslər yeni radioelektron kəşfiyyat kompleksi, məlumat ötürmə platforması və SM-6 hava hücumundan müdafiə raket sistemləri ilə təchiz ediləcək.

Virginia sinifli sualtı qayıqlar da gəlir

Pörl-Harbor bazası əlavə olaraq bir neçə Virginia sinifli sualtı qayıq da qəbul edəcək. Xüsusilə Block V modifikasiyasına malik qayıqlar 28 ədəd Tomahawk qanadlı raketi və ya 12 ədəd hipersəs CPS raketi daşımaq gücündə olacaq.

Naval News-un təhlilinə görə, 2030-cu ilədək Havayda ən azı beş ədəd esmines və sualtı qayıq yerləşdirilsə, ABŞ Hərbi Dəniz Qüvvələrinin əsas zərbə gücü Çinə qarşı potensial münaqişədə daha çevik hərəkət edə biləcək. Bu, materikdən yola çıxan gəmilərlə müqayisədə İndo-Sakit okean bölgəsinə tranzit vaxtını bir neçə gün azaldacaq.

Donanma resurs çatışmazlığı ilə üzləşir

Qeyd edək ki, daha əvvəl ABŞ mətbuatı donanmada texniki problemlərlə bağlı məhdudiyyətlər yaşandığını bildirmişdi. Xüsusilə F/A-18 qırıcılarının və Virginia sinifli sualtı qayıqların işlək vəziyyətdə saxlanılması üçün bəzi digər texnikaların ehtiyat hissələrinə sökülməsi hallarına rast gəlinir. Bu isə istehsalçılardan olan gecikmələr və patent məhdudiyyətləri ilə izah olunur.

Həmçinin, ABŞ Hərbi Dəniz Qüvvələrinin USS Bulkeley esminesi ilk dəfə olaraq Baltik dənizində NATO-nun yeni missiyasına qoşularaq, strateji sualtı infrastrukturların diversiyalardan qorunması üçün patrul xidmətinə başlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki