ABŞ-da atışma olub: altı nəfər öldürülüb
Bazar ertəsi axşam ABŞ-ın Manhetten şəhərinin mərkəzində ofis binasında baş verən atışmada biri polis də daxil olmaqla 6 nəfər həlak olub.
Vətəninfo.az xəbər verir ki, bu barədə Nyu-York polisinin nümayəndəsinə istinadən “NBC News” məlumat yayıb.
Ölənlər arasında Nyu-Yorkun polis zabiti də var.
Hüquq-mühafizə orqanlarındakı mənbələr atəş açan şəxsin intihar etdiyini bildirib.
Cinayətin konkret motivi məlum deyil. İstintaq hücumçunun şəxsiyyəti əsasında müxtəlif versiyaları araşdırır.