ABŞ-ın keçmiş xüsusi prokuroru Cek Smitin respublikaçı senatorların yazışmalarını və telefon danışıqlarını gizlicə dinlədiyi iddia olunur. Vətəninfo.az xəbər verir ki, bu barədə Fox News, Federal Təhqiqat Bürosunun (FTB) daxilindəki mənbələrə və redaksiya tərəfindən əldə edilən sənədlərə istinadla məlumat yayıb.
Məlumata görə, dinləmələr əsasən 2023-cü ildə, Co Baydenin prezidentliyi dövründə həyata keçirilib.
FTB direktorunun müavini Den Boncino “Fox News” telekanalına açıqlamasında bildirib:
“Mən Kapitoliya təpəsində dayanıb, FTB-nin bir vaxtlar siyasi məqsədlər üçün Amerika rəsmilərinin şəxsi danışıqlarını dinləmək səlahiyyətinə malik olduğunu etiraf etməkdən utanıram.”
Onun sözlərinə görə, bu praktika hazırda tətbiq edilmir və qurumun fəaliyyəti tam şəkildə hüquqi çərçivədə aparılır.
Qeyd edək ki, Cek Smit 2012-ci ildə ABŞ Konqresində keçirilən reydlərə rəhbərlik edən prokurorlardan biri olub və son illərdə yüksək vəzifəli siyasi fiqurlara qarşı istintaqlarla gündəmə gəlib.